azia.az
azia.az

Kriştianu Ronaldo 2,56 m hündürlükdən qol vurub

19-12-2019, 11:51

Kriştianu Ronaldo 2,56 m hündürlükdən qol vurub
İtaliyanın “Yuventus” klubunun futbolçusu Kriştianu Ronaldo qeyri-adi göstəriciyə imza atıb. Apasport.az saytının məlumatına görə, A seriyasının XVII turunun “Sampdoriya” ilə qarşılaşmasında qol sevinci yaşayan portuqaliyalı hava mübarizəsindəki “uçuş”u ilə diqqət çəkib. Komandasına 2:1 hesablı qələbə qazandıran qolu vurarkən K.Ronaldo yerdən 71 sm havaya yüksəlib. O, 2,56 m hündürlükdə olan topa toxunub. Qeyd edək ki, portuqaliyalı “Yuventus”un ardıcıl 5-ci oyununda qol sevinci yaşayıb.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi