azia.az
azia.az

Messi rəqib futbolçuya cavab verdi: "İSTƏNİLƏN VAXT HAZIRAM"

22-11-2019, 01:55

Messi rəqib futbolçuya cavab verdi: "İSTƏNİLƏN VAXT HAZIRAM"
Uruqvay millisinin futbolçusu Edinson Kavani Argentina yığması ilə matçda rəqib komandanın kapitanı Lionel Messi ilə aralarında baş verən mübahisəyə aydınlıq gətirib.
Fransanın PSJ klubunun 32 yaşlı forvardı ESPN-ə dəhşətli heç nə baş vermədiyini deyib: “Belə emosiyalar futbolun bir hissəsidir. Xüsusilə Cənubi Amerikada. Buna diqqət etmək istəmirəm. Oyunun nəticəsi önəmlidir. İki qol vurmağımız yaxşıdır. Ancaq yenə də bir sıra çatışmazlıqlar üzərində işləməliyik”.
Qeyd edək ki, 2:2 hesabı ilə başa çatan görüşün 41-ci dəqiqəsində Messiyə qarşı qayda pozuntusu olub. Bundan sonra argentinalı hücumçu Kavani ilə mübahisə edib. O, uruqvaylı oyunçunun matçdan sonra görüşüb məsələni aydınlaşdırmaq çağrışına “istənilən vaxt” söyləyərək, cavab verib. (report)


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
«    Dekabr 2019    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi