azia.az
azia.az

“Lion” klubu baş məşqçisini qovub

8-10-2019, 11:19

“Lion” klubu baş məşqçisini qovub
Fransanın “Lion” futbol klubu baş məşqçisi Silvinyo ilə yollarını ayırır. “Report” xəbər verir ki, bu barədə klubun rəsmi saytında bildirilib. Qeyd olunub ki, komanda baş məşqçilə müqavilənin ləğvinə səbəb olacaq prosedura başlayıb. Bu prosedur zamanı komandanın məşq prosesinə Silvinyonun köməkçisi Jerald Batikl rəhbərlik edəcək.
Ona isə klubun idman direktoru Juninyo Pernambukano nəzarət edəcək.Fransa Liqasının 9-cu turunda “Lion” 90-cı dəqiqədə qapısına top buraxaraq “Sent-Etyen”nə məğlub olub (0: 1). Bunula da klub 9 oyunda 9 xal toplayaraq Fransa çempionatının turnir cədvəlində 14-cü yeri tutur.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
«    Oktyabr 2019    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi