azia.az
azia.az

Güləşçilərimiz yarımfinalda

19-06-2019, 17:42

Güləşçilərimiz yarımfinalda
İtaliyanın Faenza şəhərində yeniyetmə güləşçilər arasında Avropa çempionatı start götürüb. İlk yarış günündə 48, 55, 65, 80 və 110 kiloqram çəki dərəcələrində çıxış edən yunan-Roma güləşçiləri mübarizə aparır. Dörddəbir finaldan mübarizəyə qoşulan Məlik Əliyev İsrail təmsilçisinə heç bir şans verməyərək adını yarımfinala yazdırıb.
Digər idmançımız Nihad Məmmədli gərgin keçən ilk görüşdə Rusiya pəhləvanını üstələyib. N.Məmmədli növbəti qarşılaşmada türkiyəli güləşçidən güclü olub və o da yarımfinala adlayıb. Güləşçilərimizdən Xasay Həsənli qitə birinciliyinə inamla başlayıb. Həmyerlimiz ilk görüşündə macarıstanlı rəqibini vaxtından əvvəl məyus edib. X.Həsənli Xorvatiya idmançısına da göz açmağa imkan verməyib. Rəqibinə ilk hissədə qalib gələn Xasay yarımfinala yüksəlib. Əlisəftər Məmmədli moldovalı güləşçiyə, Əli Fərmanov isə Ukrayna idmançısına məğlub olub.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
«    Oktyabr 2019    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi