azia.az
azia.az

Bakıda kafedə baş vermiş davada bir nəfər ürəyindən bıçaqlanıb

29-03-2019, 11:10

Bakıda kafedə baş vermiş davada bir nəfər ürəyindən bıçaqlanıbBakıda kafedə bıçaqlanma hadisəsi baş verib.
Hadisə paytaxtın Nəsimi rayonu, Azadlıq prospekti, 108/118 ünvanında yerləşən "Papa Cinema lounge" kafesində baş verib.
Paytaxtın Səbail rayonu, Bülbül prospekti, ev 2, mənzil 80/82-də yaşayan Qasımov Əliyar Ərəstun oğlu həmin kafedə naməlum şəxs tərəfindən bıçaqlanıb.
Yaralı döş qəfəsi və kürək nayihəsinin kəsilmiş-deşilmiş yarası ilə Kliniki Tibbi Mərkəzə yerləşdirilib.
Hüquq-mühafizə orqanları əməkdaşları hadisə yerinə baxış keçirib, yaralının vəziyyəti ağır olduğundan dinidirilməsi mümkün olmayıb.
Faktla bağlı araşdırma aparılır. (Trend)


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi