azia.az
azia.az

Bakıda rəzalət-Şagirdlər müəllimi döydü

28-03-2019, 00:21

Bakıda rəzalət-Şagirdlər müəllimi döydü
Bakının Xətai rayonu, Qaçaq Nəbi küçəsində yerləşən 17 saylı məktəbdə şagirdlər birləşib müəllimi döyüblər. Azia.az Virtualaz.org-a istinadən xəbər verir ki, döyülən ingilis dili müəlliminin 21 yaşı var. Müəllim müxtəlif xəsarətlər aldığından məktəbə təcili yadım çağırılıb. Müəllimin xəsarətlərinin dərəcəsini müəyyənləşdirmək üçün ekspertizaya aparılıb. Faktla bağlı araşdırma başlanılıb.
Səhiyyə Nazirliyinin mətbuat xidmətinin rəhbəri Pərviz Abubəkirov müəllimin döyüldüyünü və məktəbə təcili yardım çağırıldığını təsdiqləyib. Bildirib ki, döyülən müəllimin həyatı üçün təhlükə yoxdur.
Hadisənin motivini araşdırmağa çalışırıq.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi