azia.az
azia.az

Bakıda hoteldə azyaşlını zorlayan həbs edildi

5-02-2019, 21:37

Bakıda hoteldə azyaşlını zorlayan həbs edildi
Bakı Apellyasiya Məhkəməsində 16 yaşına çatmayan şəxslə cinsi əlaqədə olma və ya seksual xarakterli digər hərəkətlər etməkdə təqsirləndirilən Nəriman Əhmədovun barəsində həbs-qətimkan tədbiri seçilib. Bu barədə AZia.az-a azyaşlının atası R.T. (ad şərtidir) məlumat verib.Onun sözlərinə görə, hakim Nəriman Əhmədovun üç aylıq həbs edilməsinə qərar verib:“Ötən gün saat 10:00 üçün təyin edilən məhkəmə prosesi cinayət işi materialları ilə tanış olmaq üçün fevralın 5-nə keçirilmişdi. Bu gün Bakı Apellyasiya Məhkəməsində vəkilin iştirakı ilə şəxsin üç aylıq həbs edilməsinə dair qərar verib. Qərar əsasında N.Əhmədov məhkəmə zalından birbaşa Kürdəxanı həbsxanası göndərilib. İstintaq isə davam edir”.Zərərçəkmiş tərəfinin vəkili Elnur Nəcəfov şəxsin həbs edildiyini təsdiqləyib.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi