azia.az
azia.az

Azərbaycan Ordusunun hərbçisi intihar edib - FOTO

8-09-2021, 15:09

Azərbaycan Ordusunun hərbçisi intihar edib - FOTO
6 sentyabr 2021-ci il tarixdə Müdafiə Nazirliyinin N saylı hərbi hissəsinin hərbi qulluqçusu, əsgər Məlikzadə Məmmədağa Zakir oğlunun həmin gün odlu silahdan atəş açmaqla özünü öldürməsi barədə Gəncə Hərbi Prokurorluğuna məlumat daxil olub.
Bu barədə "Azia.az"a Baş Prokurorluğun Mətbuat xidmətindən məlumat verilib.

Fakt üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsi ilə cinayət işi başlanılmış, iş üzrə şahidlər dindirilmiş, müvafiq ekspertizalar təyin edilmiş və zəruri istintaq hərəkətləri həyata keçirilmişdir.

Cinayət işi Baş Prokurorluğun rəhbərliyi tərəfindən xüsusi nəzarətə götürülməklə, istintaqın davam etdirilməsi Hərbi Prokurorluğun İstintaq idarəsinə həvalə edilmişdir.

Hazırda iş üzrə zəruri tədbirlərin görülməsi davam etdirilir.
Azərbaycan Ordusunun hərbçisi intihar edib - FOTO


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi