azia.az
azia.az

Bakıda "BMW" "Range Rover"ə çırpıldı - DAVA DÜŞDÜ (VİDEO)

3-07-2021, 13:02


Bakının Nərimanov rayonunda yol nəqliyyat-hadisəsi baş verib.
Bakıda "BMW" "Range Rover"ə çırpıldı - DAVA DÜŞDÜ (VİDEO)
Manset.az xəbər verir ki, Heydər Əliyev prospektində yüksək sürətlə hərəkət etdiyi deyilən 99-SD-698 dövlət qeydiyyat nişanlı "BMW" markalı avtomobilin sürücüsü sükana nəzarəti itirib və nəqliyyat vasitəsi qarşıda hərəkət edən 10-CF-005 dövlət qeydiyyat nişanlı "Range Rover" markalı avtomobilə çırpılıb. Nəticədə hər iki avtomobilə ciddi ziyan dəyib.

Şahidlərin verdiyi məlumata görə, sonra tərəflər arasında dava düşüb.

Hadisəni törədən sürücü ərazidən uzaqlaşıb. Əraziyə gələn yol patrul xidmətinin əməkdaşları yaranmış tıxacı aradan qaldırıblar. Faktla bağlı araşdırma aparılır.
video bu linkde:My Webpage


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi