azia.az
azia.az

Uşaq dünyaya gətirən 15 yaşlı qız kiminlə evli olub? - Nənəsi açıqladı

2-06-2021, 10:26


Ağcabədi rayonunda 15 yaşlı yeniyetmə qızın uşaq dünyaya gətirməsi barədə xəbər vermişdik.

Azia.az verir ki, sözügedən qız 23 yaşlı xalası oğlu ilə qeyri-rəsmi evli olub. Onlar dini kəbin əsasında ər-arvad kimi yaşayıblar.

Hadisə barədə saytımıza danışan qızın ata nənəsi Şərəf Hüseynova bildirib ki, nəvəsi xalası oğlu ilə sözlü olub:

"Onların evlənməsi üçün hər iki ailə gözləyirdi. Ancaq sonradan oğlanın anası dünyasını dəyişdi. Onlara bir çay verən yox idi. Ümumiyyətlə evdə bir qadın yox idi. Nəvəm də xalasıgilə tez-tez gedib-gəlirdi. Sonra özü dedi ki, onları bu vəziyyətdə qoymaq istəmir və getdi qayıtmadı. Beləcə nəvəm xalası oğlu ilə bir evdə yaşamağa başladılar.

Onu da deyim ki, nəvəmin hamilə olduğunu biləndən sonra həkimə aparmağa qorxdum. Axı necə gedib deyərdim ki, 15 yaşlı qız hamilədir. Sonradan isə başqa çarəmiz olmadı və sənədləri verəndə azyaşlı olduğu müəyyən olundu".

Qeyd edək ki, Daxili İşlər Nazirliyinin Mətbuat xidmətinin Bərdə regional qrupundan bildirilib ki, hadisə ilə bağlı Rayon Mərkəzi Xəstəxanasından Ağcabədi Rayon Polis Şöbəsinə məlumat daxil olub.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
«    Oktyabr 2021    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031
MƏZƏNNƏ
 Valyuta məzənnəsi