azia.az
azia.az

Azərbaycanda qəza: İki avtomobil toqquşdu sıxlıq yarandı - FOTOLAR

28-01-2021, 18:15

Azərbaycanda qəza: İki avtomobil toqquşdu sıxlıq yarandı - FOTOLAR

Göyçay şəhərində iki avtomobilin toqquşması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Azia.az-ın bölgə müxbiri xəbər verir ki, hadisə bu gün saat 13:30 radələrində rayonun Rəsul Rza küçəsində qeydə alınıb. Belə ki, hərəkətdə olan 10 TP 228 dövlət nömrə nişanlı "Mersedes"markalı minik maşını digər maşınla, 23 BJ 297 dövlət nömrə nişanlı "VAZ-21099" avtomobilə çırpılıb. Qəza baş verən ərazidə sıxlıq müşahidə olunub. Hadisə zamanı hər iki maşına ciddi ziyan dəyib.
Faktla bağlı araşdırma aparılır.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi