azia.az
azia.az

Bakıda kişi gicgah nahiyəsindən bıçaqlandı

11-11-2020, 13:14

Bakıda kişi gicgah nahiyəsindən bıçaqlandı

Bakının Nərimanov rayonunda dava zamanı bir nəfər ağır xəsarət alıb.

Azia.Az xəbər verir ki, hadisə Xəlil Rza Ulutürk küçəsində baş verib.

1976-cı il təvəllüdlü Həsənov Rafiq Həsən oğlu küçədə naməlum şəxslə əlbəyaxa dava edib.

Dava R.Həsənovun bıçaqlanması ilə yekunlaşıb. Yaralı 3 nömrəli şəhər klinik xəstəxanasına çatdırılıb. O, başının gicgah nahiyəsinin kəsilmiş-deşilmiş xəsarətləri ilə reanimasiya şöbəsinə yerləşdirilib.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi