azia.az
azia.az

Təcavüzkarlardan qaçan 16 yaşlı qız həkimlərdən kömək istədi

6-07-2020, 14:48

Təcavüzkarlardan qaçan 16 yaşlı qız həkimlərdən kömək istədi

Azia.Az xəbər verir ki, Bir neçə gənc tərəfindən zorla saxlanılan və dəfələrlə təcavüzə uğrayan 16 yaşlı qız hazırda Moskva xəstəxanasındadır. Ona hər cür tibbi yardım, həmçinin psixoloji kömək göstərilir.

Bildirilir ki, Marianna bir neçə gün öncə itkin düşüb. Bu müddət ərzində Rusiya paytaxtının polisi onun axtarışı ilə məşğul olub.

Qızı isə bir neçə gənc zorla öz mənzillərində saxlayıblar. O, bu müddət ərzində dəfələrlə təcavüzə məruz qalıb. Nəhayət, üç günlük əsarətdən sonra Marianna fürsət taparaq, onu qaçıranların əlindən çıxa bilib.

Yeniyetmə yaxınlıqdakı stomatologiya klinikasına daxil olub, həkimlərdən yardım istəyib.

Dərhal polisə xəbər verilib. Marianna isə xəstəxanaya yerləşdirilib.

Hadisə ilə bağlı cinayət işinə başlanılıb.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi