azia.az
azia.az

Bakıda qayda pozan sürücü qəza törədib

6-03-2020, 11:43

Bakıda qayda pozan sürücü qəza törədib

Azia.Az xəbər verir ki, insident Zərifə Əliyev küçəsi ilə Bülbül prospektinin kəsişməsində qeydə alınıb.

İlkin ehtimala görə, Həsənzadə İbrahim Vüqar oğlu idarə etdiyi “Hyundai” markalı nəqliyyat vasitəsilə işıqforun sarı işığında yolu keçmək istəyərkən Ələkbərli Cavid Elşad oğlunun idarə etdiyi “Renault” markalı avtomobilin yoluna çıxıb.

Nəticədə, avtomobillər toqquşub. Zərbənin təsirindən “Renault” yol kənarındakı səkiyə çırpılıb.

Qeyd etmək lazımdır ki, hər iki nəqliyyat vasitəsinə ciddi zərər dəyib.

Hadisənin dəqiq təfərrüatı aparılan araşdırmaların sonunda bəlli olacaq.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi