azia.az
azia.az

Dünən Azərbaycanda baş vermiş yol qəzalarında 10 nəfər həlak olub

10-07-2019, 12:00

Dünən Azərbaycanda baş vermiş yol qəzalarında 10 nəfər həlak olub
Ötən gün daxili işlər orqanlarında qeydə alınan cinayət faktları və hadisələr haqqında statistik məlumatlar açıqlanıb. Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, iyulun 9-da ölkədə törədilən 21 cinayətin üstü “isti izlər”lə açılıb.Əvvəlki dövrlərdən bağlı qalan 2 cinayətin açılması təmin olunub.Axtarışda olduğuna görə ümumilikdə 17 nəfər, o cümlədən borclu şəxs qismində axtarışda olan 6 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib.Ölkənin avtomobil yollarında 3 ağır yol-nəqliyyat hadisəsi baş verib, nəticədə 10 nəfər ölüb, 2 nəfər xəsarət alıb.Daxili işlər orqanları əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərlə əlaqəli 15 fakt müəyyən edilib.Cinayət törətməkdə şübhəli bilinən 30 nəfər saxlanılıb.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi