azia.az
azia.az

Milyarder insan alverinə görə həbs olundu: “Elə bilirdim, 18 yaşdan böyükdülər”

10-07-2019, 11:50


Azia.az təqdim edir. Amerikalı milyarder Cefri Epşteyn cinsi istismar məqsədilə insan alverində ittiham olunur. 66 yaşlı milyarder məhkəmə qarşısına çıxarılaraq, haqqında həbs qərarı verilib.
Bizimyol.info xəbər verir ki, Epşteyn həmçinin insanları cinsi istismara məruz qoymaq məqsədilə hiylə qurub onları aldatmaqda günahlandırılır.
Milyarder insan alverinə görə həbs olundu: “Elə bilirdim, 18 yaşdan böyükdülər”
Vəkili Cek Qoldberger deyib ki, o, özünü təqsirli bilmir, ittihamları da rədd edir. Yetkinlik yaşına çatmayan qızlarla seksual münasibətlərdə təqsirləndirilən maliyyəçi məhkəmədə deyib ki, indi qurban kimi təqdim olunan qızlar əslində, könüllü şəkildə münasibətdə olublar. O isə həmin qızların 18 yaşdan böyük olduğunu düşünüb.

Epşteyn Parisdən gələrkən təyyarə Nyu-Cersi ştatında yerə enən kimi saxlanılıb.

“The New-York Times” qəzeti yazır ki, Epşteynin keçmiş prezident Bill Klintonla, həmçinin Ağ evin hazırkı rəhbəri Donald Trampla yaxşı əlaqələri olub.

Epşteyn 2007-2008-ci illərdə də yetkinlik yaşına çatmayan qızların xidmətindən istifadə etməkdə günahlandırılırdı. Həmin vaxt o, əməlini etiraf etmiş və bu üzdən 13 ay həbsxanada saxlanmışdı.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi