azia.az
azia.az

Mətanət Ulu Şirvanlı. "Hoppa"

19-02-2019, 17:20

Mətanət Ulu Şirvanlı. "Hoppa"
Kim var, kim yox?
Biri vardı, biri yox.
Uçdu nağıl ölkəsinə
Parıldayan nizə, ox.

Biri vardı, biri yox. Nadinc və dilotu yeyən bir qız vardı. O, çox arıq idi. Anası onun üçün tez-tez südlü sıyıq bişirərdi ki, yeyib kökəlsin. Lakin o kökəlməzdi. Bilirsinizmi niyə? Çünki həddindən artıq dəcəl idi. Dostları ilə oynayan zaman onları incidər, dostları da ondan küsərdilər. Uşaqlar, bəs niyə soruşmursunuz ki, bu nadinc qızın adı nə idi? Siz zəhmət çəkib fikirləşməyin, mən deyim; – hər şeyə maraq göstərən Əfsun. Bir gün Əfsun dayısı qızları olan Tomka və Merini arzuladı. Anasına dedi ki, – Anacan, mən Tomka və Meri üçün darıxmışam. Anası da Əfsunu onların yanına apardı. Onlar həyətdəki quyunun yanında oynayır, yelləncəkdə yellənir və oxuyurdular.

Yellənin ha yellənin
Hoppa!
Dillənin ha dillənin
Hoppa!
Orda quyu görmüşəm,
Hoppa!
Bəs kim gedər baxmağa?
Hoppa!
Sən suya tullan görüm,
Hoppa!
Quyuda varmı qurbağa?
Hoppa!
Əfsun yüyürüb balaca Merini suya itələyib dedi:
Meri getsin baxmağa,
Hoppa!

Vay... vay...Meri suda boğulmağa başladı. Tomka nə qədər çalışsa da Merini quyudan çıxara bilmədi. Qaçıb evdəkiləri köməyə çağırdı. Onlar gəlib balaca Merini quyudan çıxartdılar. Hamı Əfsunu danladı.
– Bəs sən niyə Merini suya atdın?- soruşdular.
Əfsun cavabında;
– Bilmək istədim görüm, Meri suda qurbağa görə biləcəkmi?
Əfsunun anası onu danladı və dedi:
– Meri suda boğulsaydı neyləyərdin?
– Anacan, məni danlamayın. Səhvimi başa düşmüşəm. O, suda boğulsaydı, mən dostsuz qalardım. O gündən Əfsun daha nadinclik etmədi.Tomka və Merini daha da çox sevməyə başladı. Hətta anasının bişirdiyi südlü sıyıqdan onlara da pay apardı.

(“Merinin nağıllar dünyası” kitabından)


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
«    May 2019    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi