azia.az
azia.az

“Səni arxadan bıçaqladım, üzsüz və alçağam...” - 117 illik Dev Adam!

17-01-2019, 00:27

En güzel deniz:

henüz gidilmemiş olanıdır,

En güzel çocuk:

henüz büyümedi.

En güzel günlerimiz:

henüz yaşamadiklarımız,

Ve sana söylemek istediğim en güzel söz:

henüz söylememiş olduğum sözdür...

Nazim Hikmət Ran, milyonların sevgisini qazanmış bir şair. Bu gün Mavi Gözlü Devin anadan olmasının 117 illiyi tamam olur.

“Qafqazinfo” bu məqamda Nazim yaradıcılığının məhsuldar dövrünün şeirlərini, əfsanəvi sevgilisi Pirayəylə ayrılığı, öz dili ilə desək “onu arxadan bıçaqlaması”, dayısı qızı Münəvvərə göz qoyması hekayələrini bir araya toplayıb.

Həyatından bir çox qadın keçən Nazim Hikmətin uğruna şeirlər həsr etdiyi Pirayəsi ilə münasibəti elə də asan olmayıb. Axtardığı xoşbəxtliyi ilk evliliklərində tapmayan bu cütlük təsadüf əsnasında yenə də görüşür.



Elə o zamanlarda yaşadığı uğursuzluqlara görə qarşı tərəfin ailəsinin tələbi ilə ilk həyat yoldaşından ayrılan Nazim özünün ən məşhur avtobioqrafik “Mavi Gözlü Dev”, “Minnacık Kadın” və “Hanımelleri” şeirlərini yazır:

O mavi gözlü bir devdi.

Minnacık bir kadın sevdi.

Kadının hayali minnacık bir evdi,

bahçesinde ebruli

hanımeli

açan bir ev.

Mini minnacıktı kadın.

Rahata acıktı kadın

yoruldu devin büyük yolunda.

Ve elveda! deyip mavi gözlü deve,

girdi zengin bir cücenin kolunda

bahçesinde ebruli

hanımeli

açan eve.

Şimdi anlıyor ki mavi gözlü dev,

dev gibi sevgilere mezar bile olamaz:

bahçesinde ebruli

hanımeli

açan ev.

Nazim Hikmət bacısının rəfiqəsi Pirayəni gördüyü ilk gündə onun həyatının eşqi oduğunu anlayır və uzun müddət mübarizə apardıqdan, ona şeirlər ithaf etdikdən sonra qadının könlünü qazana bilir:

Deli çığlıklar atıp avaz avaz

burnumun dibinden gelip geçti de yaz,

ben, bir demet mor menekşe olsun

getiremedim

sana!

Ne haltedek,

dostların karnı açtı

kıydık menekşe parasına!”

1932-ci ildə cütlük evlilik qərarı alsa da, prokurorluq tərəfindən “Gecə gələn teleqraf” kitabına görə saxlanma qərarı verilir və Nazim Hikmət 5 il müddətinə həbs olunur.



Əfvə düşən şair 1 il 5 ay sonra azadlığa çıxır. Bu müddət ərzində cütlüyün sevgisi daha da möhkəmlənir və Nazim Pirayəyə yeni şeirlər yazır:

Ben,

alaca karanlığında son sabahımın

dostlarımı ve seni göreceğim,

ve yalnız

yarı kalmış bir şarkının acısını

toprağa götüreceğim…

Karım benim!

İyi yürekli

altın renkli,

gözleri baldan tatlı arım benim:

ne diye yazdım sana

istendiğini idamımın,

daha dava ilk adımında

ve bir şalgam gibi koparmıyorlar

kellesini adamın.

Haydi bunlara boş ver.

Bunlar uzak bir ihtimal.

Paran varsa eğer

bana fanila bir don al,

tuttu bacağımın siyatik ağrısı,

Ve unutma ki

daima iyi şeyler düşünmeli

bir mahpusun karısı.

Karıma Mektup (Bursa Hapishanesi-11 Kasım 1933)

Həbsdən azad olan Nazim heç kimə xəbər vermədən Pirayəylə evlənir və təxəllüslə şeirlər yazmağa başlayır.

1938-ci ilin yanvarın 17-nə kimi hər şey yavaş-yavaş yoluna düşür. Lakin həmin gün şair polislər tərəfindən aparılır və mart ayında isbatlanmış hər hansı bir günahı olmasa da, kommunizmə dəstəkdə ittiham olunaraq 15 il müddətinə azadlıqdan məhrum edilir. Və beləliklə məşhur Nazim Hikmətdən Pirayeyə məktublar yazılmağa başlayır. Sadiq həyat yoldaşı olan Pirayə heç bilməyib ki, 1933-1950-ci illər müddətində ona ünvanlanmış məktubları saxlamaqla gələcək nəsillər üçün böyük ərməğan edir.

Nazim bu müddət ərzində həyat yoldaşından şeirləri təhlil etməsini, bəyənib-bəyənmədiyini xüsusi vurğulamasını istəyir. Piraye də vəziyyətindən bir dəfə belə şikayətlənmədən uzun illər məhkum yolu gözləyir.

“Sənə yazdığım dördüncü şeirdir, ancaq sən ilk şeirə münasibət bildirərək bəyəndiyini demisən. Xahiş edirəm, digəri haqqında da təəssüratını yaz”.



10 il sonra dayısı qızı Münəvvərin Nazimin ziyarətinə gəlməsi hər şeyi dəyişir. Özündən 16 yaş balaca Münəvvərə vurulan Nazim qıza ərindən boşanaraq onunla evlənməsini xahiş edir. Cümhuriyyətin yaranmasının 15-ci il dönümünə görə əfvə düşəcəyinə ümid edən Nazim Münəvvəri razı salır və Pirayəyə ayrılıq məktubu yazır. Daha sonra şairin əfvə düşməməsi Münəvvərin gözünü qorxudur və həyat yoldaşına geri qayıdır. Etdiklərindən peşman olan Nazimin Pirayə üçün yazdığı ikinci məktub isə dəhşətli olur:

“Pirayəm, qızıl saçlı bacım mənim, səni arxadan bıçaqladım. Yer üzündə heç kim mənim sənə etdiyim pisliyi etməyib. Bütün bunlara baxmayaraq gəl. Sənə “gəl” deyəcək qədər üzsüz və alçağam. Ancaq gəl…Ətəklərindən öpürəm”.

Ancaq Pirayədən bir daha cavab ala bilmir.

Daha sonra azadlığa çıxan şair Münəvvərlə evlənir və övladına Pirayənin oğlu Mehmetin adını qoyur.

Pirayə sevgisindən öldü, ancaq Nazimə dönmədi.

O şimdi ne yapıyor
şu anda şimdi, şimdi?
Evde mi, sokakta mı,
çalışıyor mu, uzanmış mı, ayakta mı?
Kolunu kaldırmış olabilir,
- hey gülüm,
beyaz, kalın bileğini nasıl da çırçıplak eder bu hareketi!...-

O şimdi ne yapıyor,
şu anda, şimdi, şimdi?
Belki dizinde bir kedi yavrusu var,
okşuyor.
Belki de yürüyordur, adımını atmak üzredir,
- her kara günümde onu bana tıpış tıpış getiren
sevgili, canımın içi ayaklar!...-
Ve ne düşünüyor
beni mi?
Yoksa
ne bileyim
fasulyanın neden bir türlü pişmediğini mi?
Yahut, insanların çoğunun
neden böyle bedbaht olduğunu mu?

O şimdi ne düşünüyor,
şu anda, şimdi, şimdi?...









OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi