azia.az
azia.az

MEK beynəlxalq kitab mübadiləsində iştirak edib

10-09-2021, 23:58


MEK beynəlxalq kitab mübadiləsində iştirak edib
Beynəlxalq kitab mübadiləsi çərçivəsində Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Mərkəzi Elmi Kitabxanası (MEK) tərəfindən xarici ölkə kitabxanalarına 50-ə yaxın müxtəlif adda nəşr göndərilib. Göndərilən nəşrlər sırasında “Рамиз Мехтиев. Низами Гянджеви: наследие мыслителя в контексте мировой культуры и национального самосознания”, “Эльдар Амиров. Мыслитель, затменный славой поэта. O научном мировоззрении Низами Гянджеви”, “Nizami Gəncəvi Əsərləri 1 və 2-ci cildlər”, “Nizami Gəncəvi irsinin kitabxanalarda təbliği”, “Литературный Азербайджан 2021 №1,2,3,4,5,6,7,8”, “Azərbaycan neft təsərrüfatı 2021-N 1.2.3.4”, “Türkologiya 2021 N1” mövcuddur. Sözügedən kitablar Rusiya, Çin, Bolqariya, Rumıniya, Belarusiya, Yaponiya, Venesiya, Türkmənistan, Sloveniya və Budapeşt kitabxanalarına, akademiya və universitetlərinə göndərilib.MEK beynəlxalq kitab mübadiləsində iştirak edib
Qeyd edək ki, Mərkəzi Elmi Kitabxana tərəfindən ölkədaxili və beynəlxalq kitab mübadiləsi mütəmadi olaraq həyata keçirilir. Kitab mübadilələri kitabxanaların fondlarının zənginləşməsi ilə yanaşı oxucuların nəşrlərdən daha səmərəli istifadəsinə şərait yaradır.
AMEA Mərkəzi Elmi Kitabxanası
İctimaiyyətlə əlaqələr və informasiya şöbəsi
[email protected]


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi