azia.az
azia.az

MEK tərəfindən Antalya Azərbaycan Kültür və Dayanışma Dərnəyinə kitablar hədiyyə edilib

9-08-2021, 03:52



MEK tərəfindən Antalya Azərbaycan Kültür və Dayanışma Dərnəyinə kitablar hədiyyə edilib
Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Mərkəzi Elmi Kitabxanası (MEK) dünyanın müxtəlif ölkələrində fəaliyyət göstərən diaspor təşkilatları ilə sıx əməkdaşlıq aparır.
Türkiyədə öz fəaliyyəti və aktivliyi ilə seçilən təşkilatlardan olan Antalya Azərbaycan Kültür və Dayanışma Dərnəyinin müraciəti əsasında Mərkəzi Elmi Kitabxana tərəfindən dərnəyə Azərbaycanın tarixini, ədəbiyyatını, mədəniyyətini, elmini özündə əks etdirən nəşrlər təqdim edilib.
Kitabxana tərəfindən dərnəyə tariximizin müxtəlif dövrlərini əks etdirən “Azərbaycan Xalq Cümhuriyyəti”, “Azərbaycan dili və tarixi”, “Şirvanşahlar dövləti”, “Urmiya bölgəsində Azərbaycanlılara qarşı soyqırımı: 1917-1918”, “Zəngəzurda Azərbaycan xalqına qarşı soyqırımı: 1918-1920”, “Memar İ.K.Ploşko-“İsmailiyyə”nin müəllifi”, “Qədim Şuşa” (ingilis və rus dillərində), “Bakı simfoniyası”, “Müstəqillik dövrü Azərbaycan romanı” kitabları və digər elm sahələrini əhatə edən nəşrlər təqdim olunub. Antalya Azərbaycan Kültür və Dayanışma Dərnəyi İdarə heyətinin sədri Ceyran Səttarova MEK rəhbərliyinə dəyərli kitablara və göstərdiyi diqqətə görə təşəkkürünü bildirib. MEK tərəfindən Antalya Azərbaycan Kültür və Dayanışma Dərnəyinə kitablar hədiyyə edilib
Qeyd edək ki, Mərkəzi Elmi Kitabxana Azərbaycanın tarixi, mədəniyyəti və müxtəlif elm sahələrini əhatə edən nəşrlərin ölkəmizdən kənarda da əlçatan olmasına dəstək məqsədilə Rusiya, Gürcüstan, Hollandiya, Norveç və başqa ölkələrin diaspor təşkilatları ilə də əlaqələrini davam etdirir.

AMEA Mərkəzi Elmi Kitabxanasının
İctimaiyyətlə əlaqələr və informasiya şöbəsi
[email protected]


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi