azia.az
azia.az

ETİ-nin əməkdaşı Elxan Quliyevin “XIII-XIV əsrlər Azərbaycanda elm və mədəniyyət (farsdilli mənbələr əsasında)” adlı kitabı çap olunub

13-07-2021, 11:26

ETİ-nin əməkdaşı Elxan Quliyevin “XIII-XIV əsrlər Azərbaycanda elm və mədəniyyət (farsdilli mənbələr əsasında)” adlı kitabı çap olunub
Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Elm Tarixi İnstitutunun (ETİ) Tarixşünaslıq və mənbəşünaslıq şöbəsinin əməkdaşı, elmi işçi Elxan Quliyevin “XIII-XIV əsrlər Azərbaycanda elm və mədəniyyət (farsdilli mənbələr əsasında)” adlı kitabı çap olunub.
Kitabın elmi redaktoru Elm Tarixi İnstitutunun direktoru, tarix elmləri doktoru Məryəm Seyidbəylidir. Kitabın yazılmasında məqsəd XIII-XIV əsrlərdə farsdilli qaynaqlarda Azərbaycanın elm və mədəniyyət tarixinə dair verilmiş məlumatları üzə çıxarmaq, habelə, müasir tədqiqat əsərlərindən faydalanaraq həmin dövrlərdə Azərbaycanın elm və mədəniyyət tarixini işıqlandırmaqdan ibarətdir. Belə ki, bəhs olunan dövrlərdə fars dilində yazılmış tarixi mənbələrdə Azərbaycan elm və mədəniyyət tarixinə dair məlumat və faktlar bu kitabın əsasını təşkil edir və kitab, bu istiqamətdə bir ilkdir. Dövr haqqında zəngin informasiyanın əks olunduğu kitab XIII-XIV əsrlərdə Azərbaycanda mənəvi və mədəni həyat, dini görüşlər, bayramlar, toy və yas mərasimləri, elm və mədəniyyət ocaqları, kitabxanalar, səhiyyə, humanitar, ictimai, dəqiq və təbiət elmləri, eləcə də incəsənət, peşə və sənətkarlıq, şəhərsalma və memarlıq haqqında geniş təsəvvür yaradır.
Kitab elmi auditoriya, ali məktəblərin müəllim və tələbələri, eləcə də idarəetmə ilə məşğul olan vəzifəli şəxslər, vətənimizin elm və mədəniyyət tarixi ilə maraqlanan geniş oxucu kütləsi üçün nəzərdə tutulub.


ETİ İctimaiyyətlə əlaqələr şöbəsi,
elmtarixi.pr@gmail.com


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
«    Avqust 2021    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi