azia.az
azia.az

Mərkəzi Elmi Kitabxananın fondları beynəlxalq əməkdaşlıq çərçivəsində zənginləşdirilir

30-04-2021, 13:15


Mərkəzi Elmi Kitabxananın fondları beynəlxalq əməkdaşlıq çərçivəsində zənginləşdirilir

AMEA Mərkəzi Elmi Kitabxanası beynəlxalq əlaqələr vasitəsilə ölkə hüdudlarından kənarda fəaliyyət göstərən kitabxanalar, elm, təhsil, mədəniyyət profilli müəssisə, təşkilat və kitabxanalarla qarşılıqlı faydalı əməkdaşlıqlar aparır. Əməkdaşlıq çərçivəsində tərəfdaşlar arasında beynəlxalq mübadilə aparılır və təşkilatların fondları zəngin, istifadəçilərin elmi işlərində mühüm yer tutan ədəbiyyatla zənginləşdirilir.
Qeyd edək ki, cari ilin I rübü ərzində Mərkəzi Elmi Kitabxanaya 66 nüsxə ədəbiyyat daxil olub. Nəşrlər kitab, jurnal, CD, buklet olmaqla ingilis, fransız, rus, alman, türk, italyan, ispan, bolqar, belarus və s. dillərdədir. Yanvar-mart ayları ərzində əsasən Almaniyanın Senkenberq Təbiət Tarixi Cəmiyyəti, Belarus Milli Kitabxanası, Yaponiyanın Neft-Kimya İnstitutu, Geologiya Cəmiyyəti, Almaniyanın Potsdam Universitet Kitabxanası, Fizika-Texnika Cəmiyyəti, Tükiyənin İslam Araşdırmaları Mərkəzi, Sloveniyanın Elmlər Akademiyasının Kitabxanası, Fransanın Təbiət Tarixi Muzeyinin Kitabxanası və digər təşkilatlarla əməkdaşlıq üstünlük təşkil edib. Sözügedən təşkilatlardan “Science news”, “Journal of mathematical Sciences”, “The Society for Near Eastern Studies in Japan”, “The Geochemical Society of Japan”, “Oleo science”, “Spixiana Zeitschrift für Zoologie” “Geochronique”, “Monde Russe”, “Elements”, “ İslam Araştırmaları Dergisi”, “Türk Dünyası Araştırmaları”, İslam bulteni, “Электротехнический вестник və s. nəşrlər daxil olub. Mərkəzi Elmi Kitabxananın fondları beynəlxalq əməkdaşlıq çərçivəsində zənginləşdirilir
Beynəlxalq tərəfdaşlıq çərçivəsində fəaliyyəti daha da genişləndirmək, perspektivli müqavilə və sazişlər imzalamaq və istifadəçilərin elmi nailiyyətlərinə təkan verəcək məlumatların kitabxanaya qısa müddətdə əlçatanlığını təmin etmək məqsədilə müntəzəm olaraq tərəfdaşlarla yazışmalar aparılır. Bu istiqamətdə aprel ayı ərzində də Belarus və Ukrayna Milli Kitabxanalarının təklif siyahılarından 47 nüsxə kitab seçilmiş və əldə edilməsi ilə bağlı müraciət edilmişdir.
AMEA Mərkəzi Elmi Kitabxanası
İctimaiyyətlə əlaqələr şöbəsi


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi