azia.az
azia.az

AMEA-nın “Elm” nəşriyyatı VI Bakı Beynəlxalq Kitab Sərgi-Yarmarkasında uğurla iştirak edib

30-09-2019, 18:47


AMEA-nın “Elm” nəşriyyatı VI Bakı Beynəlxalq Kitab Sərgi-Yarmarkasında uğurla iştirak edib

Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə 27-29 sentyabr 2019-cu il tarixlərində Bakı İdman Sarayında təşkil olunan VI Bakı Beynəlxalq Kitab Sərgi-Yarmarkasında AMEA-nın "Elm" nəşriyyatı da təmsil olunub. Sərgidə cari ildə nəşr olunan xeyli sayda elmin müxtəlif sahələrinə dair monoqrafiyalar, elmi məcmuələr, lüğətlər seçilmiş əsərlər, elmi-kütləvi kitablar, elmi jurnallar, biblioqrafik göstəricilər nümayiş etdirib. Baş Nazirin müavini, Yeni Azərbaycan Partiyasının sədr müavini – icra katibi Əli Əhmədov, Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının humanitar siyasət məsələləri şöbəsinin müdiri Fərəh Əliyeva, Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Naziri Əbülfəs Qarayev, Azərbaycan Milli Elmlər Akademiyasının vitse-prezidenti, akademik İsa Həbibbəyli, eləcə də digər yerli və xarici tədbir iştirakçıları "Elm" nəşriyyatının təşkil etdiyi guşəyə xüsusi diqqət yetirib, müəssisənin nəşrlərini yüksək qiymətləndiriblər.

AMEA Rəyasət Heyəti aparatı
Mətbuat və informasiya idarəsi
İctimaiyyətlə əlaqələr
şöbəsi


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
«    Oktyabr 2019    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi