azia.az
azia.az

Tramp Ərdoğana "hə" dedi - Pentaqon pis durumda

1-06-2019, 07:45


ABŞ Prezidenti Donald Tramp Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla telefon danışığı zamanı Ankaranın S-400-lərlə bağlı ortaq araşdırma qrupu yaradılması təklifini qəbul edib.
Tramp Ərdoğana "hə" dedi - Pentaqon pis durumda
Azia.az xəbər verir ki, bu iddianı İngiltərənin MEE internet saytı Türkiyə rəsmilərindən aldığı informasiya əsasında irəli sürüb.

İddia edilir ki, çərşənbə günü Tramp-Ərdoğan müzakirəsi zamanı Tramp ortaq qrup yaratmaq ideyasına qəbul etməklə, buna qarşı çıxan Pentaqon və Dövlət Departamentinin arqumentlərini heçə sayıb.

Qeyd edək ki, Vaşinqton Türkiyənin Rusiyadan aldığı S-400 hava müdafiə sistemlərinin F-35 qırıcı təyyarələri təhlükə altında qoyacağını düşünür. Pentaqon S-400 sistemlərinin F-35 təyyarələrinin məxfi informasiyalarının ələ keçirəcəyi qənaətindədir. Məhz bu səbəblərdən də indiyə qədər Pentaqon və Dövlət Departamenti Ankaranın S-400-lərlə bağlı ortaq texniki araşdırma qrupu yaradılması təklifini rədd edir.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi