azia.az
azia.az

Tailandda it torpağa diri basdırılan körpəni xilas etdi

18-05-2019, 14:39

Tailandda it torpağa diri basdırılan körpəni xilas etdi
Tailandın şimal-şərqində it torpağa diri basdırılan körpəni xilas etməyə kömək göstərib. AZƏRTAC “Daily Mail” qəzetinə istinadla xəbər verir ki, sahibi tərəfindən gəzintiyə çıxarılmış Pinq Ponq adlı köpək qəflətən ulamağa və torpağı eşməyə başlayıb. İtin sahibi yaxına gəldikdə yeni doğulmuş uşağın torpağın altından çıxan ayağını görüb. O, körpəni torpaqdan çıxararaq xəstəxanaya aparıb. Həkimlər uşağı müayinə etdikdən sonra onda ciddi zədə aşkarlamayıb.Polis körpənin 15 yaşlı anasını tapmağa nail olub. O, valideynlərinin qəzəbindən qorxaraq körpədən canını qurtarmağa çalışdığını etiraf edib. Hazırda ona qarşı adam öldürməyə cəhd maddəsi üzrə ittiham irəli sürülüb.
Qızın atası nəvəsini qəbul etməyə hazır olduğunu bildirib.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
«    Sentyabr 2019    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi