azia.az
azia.az

BAKIYA GƏLMƏK İSTƏYƏN MXİTARYAN XOCALI QATİLLƏRİNƏ BELƏ YARDIMLAR EDİR - FOTOLAR / VİDEO

17-05-2019, 16:56

BAKIYA GƏLMƏK İSTƏYƏN MXİTARYAN XOCALI QATİLLƏRİNƏ BELƏ YARDIMLAR EDİR - FOTOLAR / VİDEO
Son günlər həm yerli, həm də xarici mətbuatda ən çox müzakirə edilən mövzulardan biri "Aresenal" futbol klubunun erməni əsilli oyunçusu Henrix Mxitaryanın mayın 29-da Avropa Liqasının Bakıda keçiriləcək finalında iştirak üçün Azərbaycana gəlib-gəlməyəcəyidir.

Ermənistan mətbuatı bu məsələdən siyasi məqsədlər üçün istifadı etməyə cəhd edir.
Ermənistan mətbuatında və erməni diasporunun nəzarətində olan xarici KİV-lər də yer alan məlumatlarda iddia olunurdu ki, rəsmu Bakı Henrix Mxitaryanın Bakıya gəlməsinə mane olur. Bildirilir ki, Mxitaryan bundan əvvəl 2 dəfə - 2015-ci ildə hələ "Borussiya Dortmund" da çıxış edərkən "Qəbələ", ötən il isə "Qarabağ"la oyunlar üçün Bakıya səfər edə bilməyib. Erməni mətbuatı bunu rəsmi Bakının mövqeyi ilə izah edib və bunu Azərbaycanın əleyhinə istifadə etməyə cəhd ediblər.
Avropa Liqasının Bakıda keçiriləcək final oyunu ərəfəsində də, daha əvvəl aparılan anti-Azərbaycan təbliğatını təkrarlanmağa başlayıb.BAKIYA GƏLMƏK İSTƏYƏN MXİTARYAN XOCALI QATİLLƏRİNƏ BELƏ YARDIMLAR EDİR - FOTOLAR / VİDEO
Erməni mətbuatının yaratdığı səs-küyə cavab olaraq UEFA bəyan etdi ki, AFFA Mxitaryanın Bakıya gəlməsiylə bağlı heç bir problemin olmadığını və lazımi təhlükəsizlik tədbirlərinin görüləcəyini bildirib.
Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat katibi Leyla Abdullayeva də bir qədər əvvəl "Associated Press"ə açıqlamasında qeyd edib ki, Azərbaycan bir neçə önəmli idman turnirlərinə ev sahibliyi edib: "Sözügedən yarışlarda erməni atletləri iştirak ediblər. İdman və siyasət bir-birindən ayrıdı".
Maraqlıdır ki, Azərbaycan erməni idmançılarla bağlı öz mövqeyini açıq şəkildə bəyan etsə də, erməni mətbuatı hələ də anti-Azərbaycan təbliğatı aparmağa davam edir. İddia edirlər ki, Henrix Mxitaryan Bakıya gələcəyi təqdirdə onun həyatı üçün hansısa təhlükələr ola bilər.
Təəssüflə onu da qeyd etməliyik ki, Ermənistan mətbuatından fəqrli olraq Azərbaycan mətbuatı bu mövzuda susqunluq nümayiş etdirir.
Beynəlxalq ictimaiyyətə çatdırmaq lazımdır ki, Henrix Mxitaryan Azərbaycan üçün Ermənistan mətbuatının təbliğ etdiyi kimi sıradan bir futbolçu deyil. "Arsenal" klubunun və Ermənistan milli komandasının üzvü olan Henrix Mxitaryan Azərbaycan ərazilərini işğal edənlərə və həmin ərazilərdə dinc azərbaycanlılara qarşı terror törədənlərə açıq şəkildə maddi dəstək verməkdədir.
30 yaşlı Henrix Mxitaryan dəfələrlə işğal altında olan Azərbaycan ərazilərinə səfər edib. Qarabağda azərbaycanlılara qarşı döyüşən erməni terrorçulara maddi yardımlar edib.
Henrix Mxitaryanın Qarabağda azərbaycanlılara qarşı döyüşən terrorçularla, Xocalıda dinc azərbaycanlılara qarşı soyqırım həyata keçirənlərlə dəfələrlə görüşüb və hər dəfə də onlara maddi yardımlar edib. Həmi görüşlərdən çəkilən bəzi fotoları təqdim edirik: Yeniavaz


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
«    İyul 2019    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
293031 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi