azia.az
azia.az

Tramp: Dincəlmirəm, işləyirəm

11-02-2019, 10:04

Tramp: Dincəlmirəm, işləyirəm

Azia.az xəbər verir ki, ABŞ prezidenti Donald Tramp bir müddət əvvəl mətbuata sızan iş qrafiki ilə bağlı qalmaqaldan sonra ünvanına səslənən tənqidlərə reaksiya göstərib.

Bundan əvvəl Trampın Ağ Evdəki gündəlik iş qrafikinin 60 faizə yaxınını şəxsi işlərinə sərf etdiyi barədə xəbər yayılmışdı.

Ağ Ev rəhbəri bu iddialara “Twitter” səhifəsində cavab verib.
“Əslində, məndən əvvəl gəlib-getmiş prezidentlərlə müqayisədə, daha çox işləyirəm”, - deyə Tramp qeyd edib.

Amerikalı lider bildirib ki, jurnalistlər onun haqqında mənfi yox, müsbət fikirlər səsləndirməlidir.

Aybəniz Abdulova


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi