azia.az
azia.az

Bu da qiyamətə göndərən silah- Sürəti ilk dəfə açıqlandı

5-01-2019, 09:28

Bu da qiyamətə göndərən silah- Sürəti ilk dəfə açıqlandı
Rusiyanın sınaqdan keçirməyə hazırlaşdığı sualtı strateji pilotsuz aparatı “Poseidon”un maksimal sürəti məlum olub. Virtualaz.org xəbər verir ki, bu haqda Rusiyanın hərbi-sənaye kompleksindəki mənbə TASS-a bildirib. Həmin supersilah haqda prezident Vladimir Putin 2018-ci ilin martında elan etmişdi. Daha sonra internet səsverməsi yolu ilə silaha “Poseidon” adı verilmişdi. Göstəriciləri tam açıqlanmasa da məlumdur ki, “Poseidon” nüvə mühərrikli sualtı silahdır, təxminən torpedonu xatırladır. Bu pilotsuz sualtı döyüş aparatı nüvə başlığı ilə təchiz oluna bilir və sualtı qayıqdan buraxılmaqla qeyri-məhdud mənzilə malikdir. Qərb hərbi ekspertləri ona “qiyamət günü silahı” adı veriblər.
Bu da qiyamətə göndərən silah- Sürəti ilk dəfə açıqlandı
Çünki nüvə başlığı ilə təchiz edilmiş “Poseidon” ABŞ-ın Atlantik sahillərində partlasaydı hündürlüyü 100 metrə çatan sunami dalğaları yaranardı və bir çox iri şəhərləri radiasiyalı dəniz dalğaları basardı. Bu isə milyonlarla insanın həlak olmasına gətirib çıxaracaq. TASS-a məlumat verən mənbə bildirib ki, daşıyıcı sualtı qayığı tərk edəndən sonra “Poseidon” 1 km dərinlikdə saatda 200 kilometr sürətlə (110 dəniz uzluna yaxın) hərəkət edəcək. Mənbə sualtı aparatın hava “buludunda” hərəkət edəcəyini və nəticədə suyun müqavimətinin azalacağını bildirib.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi