azia.az
azia.az

“Sarı jiletlilər” İsraildə etiraz aksiyası keçirib

15-12-2018, 08:37


İsrailin Tel-Əviv şəhərində qiymətlərin artması ilə əlaqədar “sarı jiletlər” etiraz aksiyası keçirilib. Trend-in məlumatına görə, elektrik enerjisinin, suyun və çörəyin qiymətinin artmasına qarşı keçirilən aksiya zamanı 10 etirazçı saxlanılıb. Bildirilir ki, etirazçılar aksiya zamanı Tel-Əvivin əsas avtomobil yolu sayılan “Ayalon” şossesini bağlayıblar. Etiraz aksiyalarının iştirakçıları yanvar ayının 1-dən İsraildə elektrik enerjisi və su tariflərinin 7 faiz, çörəyin qiymətini 3,5 faiz artması ilə əlaqədar etiraz edirlər.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi