azia.az
azia.az

I Corc Buş vəfat etdi - 95 il yaşadı, vitse-prezident, prezident oldu

1-12-2018, 09:39

ABŞ-ın 41-ci prezidenti Böyük Corc Buş vəfat edib.

Axar.az xəbər verir ki, bu barədə "Vaşinqton Post" nəşri yazıb.

Sabiq dövlət başçısı 95 yaşında dünyasını dəyişib.

azia.az bildirir ki, Corc Herbert Uoker Buş 1924-cü il iyun ayının 12-də Massaçests ştatının Milton şəhərində, senator ailəsində doğulub. Onun atası Preskot Buş həm də bankir olub.

1941-ci ildə yaponlar Pyörl-Harbora hücum edəndən sonra Corc Buş 17 yaşında kollecə daxil olmağı təxirə salaraq müharibəyə gedib və o zamanlar üçün ABŞ HHQ-nın ən gənc pilotu olub.

Corc Buş müharibənin sonuna qədər orduda xidmət edib, sonra Yal universitetinə daxil olub. Universiteti 1948-ci ildə bitirən Corc Buş ailəsi ilə birlikdə Texas (Teksas) ştatına yollanıb, orada neft biznesi ilə məşğul olub və 40 yaşında artıq milyonçuya çevrilib.

Buş neft maqnatı olandan sonra siyasətə meyllənib, 1980-ci ildə prezident seçkilərində iştirak edib, uğur qazanmayıb, amma Ronald Reyqanın yanında virse-prezident postunu tutub. Daha sonra o, Reyqandan sonra 1988-ci ildə prezident postuna yiyələnib, ancaq o, bu postda 4 il olub, ikinci müddətə seçilə bilməyib, 1992-ci ildə Bill Klintona uduzub.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi