azia.az
azia.az

Peyvənd vurdurmaq istəməyən həkimlər kütləvi şəkildə işdən çıxır

14-09-2021, 18:07

Peyvənd vurdurmaq istəməyən həkimlər kütləvi şəkildə işdən çıxır
ABŞ-da həkimlərin kütləvi şəkildə işdən çıxması doğum şöbələrinin bağlanması ilə nəticələnib.

Azia.az xəbər verir ki, ABŞ-ın Nyu-York ştatındakı bəzi xəstəxanalarda doğum şöbələri bağlanıb. Buna səbəb tibb işçilərinə məcburi peyvəndlənmə qərarının tədbiq edilməsidir.

27 sentyabr tarixinə qədər COVİD-19 əleyhinə peyvəndlərin vurulmasının tibb işçilərinə məcbur edilməsi 165 işçinin istefa verməsi ilə nəticələnib. İstefa verənlərin əksəriyyəti isə doğum şöbələrində çalışan həkimlərdir. Hazırda bu say durmadan artmaqdadır.

Ştatdakı bəzi xəstəxanalar həkimlərin istefa verməsindən sonra doğum şöbələrinin xidmətlərini dayandırıblar.

Yerli medianın məlumatına görə, həkimlər məcburi peyvəndlənmə qərarına görə etiraz aksiyaları təşkil edəcəklər.

Qeyd edək ki, ABŞ COVİD-19 virusunun "Delta” ştammına görə kritik vəziyyət yaşayan ölkələrdən biridir. Son məlumatlara görə, bu ölkədə reanimasiya şöbələri tam olaraq dolub.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
«    Sentyabr 2021    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
27282930 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi