azia.az
azia.az

SON DƏQİQƏ! Ermənistan ordusu itki verib: Yaralı da var

14-09-2021, 12:13

SON DƏQİQƏ! Ermənistan ordusu itki verib: Yaralı da var
Ermənistanın cənub-şərq istiqamətində yerləşən hərbi hissələrdən birində döyüş xidmətinin təşkili qaydalarının pozulması nəticəsində ehtiyatda olan daha bir hərbçi yaralanıb.

Azia.az “Aysor”a istinadən xəbər verir ki, onun İrəvan sakini, 36 yaşlı Leon S. olduğu bildirilib.

10:19
Ermənistanda döyüş xidmətinin təşkili qaydalarının pozulması nəticəsində ehtiyatda olan hərbçi, çavuş, 1978-ci ildə anadan olan Mkrtiç Ovakimyan ölüb.

Bildirilib ki, Ermənistanın cənub-şərq istiqamətində yerləşən hərbi hissələrdən birində döyüş xidmətinin təşkili qaydalarının pozulması nəticəsində ehtiyatda olan hərbçi ölüb.

Hadisə ilə bağlı araşdırma aparılır.

Xatırladaq ki, ehtiyatda olan hərbçilərin yenidən hazırlanması və bacarıqlarının artırılması məqsədilə avqustun 25-dən etibarən Ermənistanda üç aylıq hərbi təlim keçirilir. Ehtiyatda olan hərbçilər sentyabrın 10-dan təlimləri döyüş mövqelərində davam etdiriblər.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi