azia.az
azia.az

Erməni hərbçilər Qarabağdakı “təcrübəsini” 6 ölkəyə “öyrədir”

14-09-2021, 08:20

Erməni hərbçilər Qarabağdakı “təcrübəsini” 6 ölkəyə “öyrədir”
“Qərb-2021” adı altında Rusiyanın Nijni Novqorod bölgəsində Mulino poliqonunda hərbi təlimlər davam etdirilir. Axar.az xəbər verir ki, təlimlərdə Rusiya ilə yanaşı, Ermənistan, Belarus, Qazaxıstan, Qırğızıstan, Hindistan və Monqolustan hərbçiləri iştirak edir. Hətta təlimləri izləmək üçün Ermənistan müdafiə naziri Arşak Karapetyan Rusiyaya gedib.

Bu barədə məlumat yayan Ermənistan Müdafiə Nazirliyinin vurğusu diqqət cəlb edib. Ölkənin Müdafiə Nazirliyi təlimlərin Suriya və Qarabağdakı “döyüş təcrübəsi”nə əsaslandığını bildirib.

Erməni ordusunun şəxsi heyətinin 40 faiz, hərbi texnikasının 85 faizinin 44 gündə darmadağın olduğu “savaş təcrübəsinin” nəyinə əsaslandığı sual altındadır.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi