azia.az
azia.az

Gürcüstan Əfqanıstandan təxliyə olunanları qəbul edəcək

26-08-2021, 18:50

Gürcüstan Əfqanıstandan təxliyə olunanları qəbul edəcək
Gürcüstan Əfqanıstandan təcili humanitar təxliyə prosesinə qoşulub.

Azia.az “Report”a istinadən xəbər verir ki, bu barədə ölkənin baş naziri İrakli Qaribaşvili məlumat verib.

Onun sözlərinə görə, ölkədə bu məqsədlə regional tranzit hab yaradılıb: “Mərkəz Tbilisi beynəlxalq hava limanı və aeroport yaxınlığındakı hərbi bazada təşkil olunub. Gürcüstan Əfqanıstanda olan beynəlxalq təşkilatların missiyalarının təxliyə olunan əməkdaşları, onların ailə üzvlərini qəbul edəcək və onları müvəqqəti yerləşdirəcək”.

İ.Qaribaşvili vurğulayıb ki, Gürcüstan bu qərarı ilə beynəlxalq ictimaiyyətin etibarlı tərəfdaşı olduğunu nümayiş etdirib.

Gürcüstan hökumətindən bildirilib ki, prosesin həyata keçirilməsi zamanı koronavirusla bağlı təhlükəsizlik qaydaları nəzərə alınır, tələb olunan xərcləri isə müvafiq beynəlxalq təşkilatlar qarşılayır.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi