azia.az
azia.az

Türk kəşfiyyatının məxfi əməliyyatı: yeni detallar üzə çıxıb - Fotolar

20-08-2021, 15:56


Türk kəşfiyyatının məxfi əməliyyatı: yeni detallar üzə çıxıb - Fotolar
Türk kəşfiyyatının məxfi əməliyyatı: yeni detallar üzə çıxıb - Fotolar
Türkiyə kəşfiyyatının (Milli Kəşfiyyat İdarəsi) bir neçə gün əvvəl İraqın şimalında keçirdiyi əməliyyatla zərərsizləşdirdiyi PKK-nın Sincar qolu olan YBŞ-nin rəhbəri Həsən Səid Həsənlə bağlı yeni detallar ortaya çıxıb.

Xəbər verliir ki, Həsən Səid Həsən türk kəşfiyyatı tərəfindən öldrülməzdən əvvəl PKK-nın rəhbər heyətində təmsil olunan şəxslərlə görüşüb.

Məlumat üçün qeyd edək ki, uzun müddətdir Milli Kəşfiyyat Xidmətinin (MİT) izlədiyi YBŞ-nin sözdə əsas rəhbəri olan “Seyid” kod adlı Həsən Səid Həsən keçən günlərdə PKK/KCK-nin işğalı altında olan Sincar bölgəsində təsirsiz hala gətirilib.



Həsən Səid Həsənin PKK rəhbərləri ilə Sincarda görüşərək müzakirələr aparması məlumatı əldə edildikdən sonra əməlyyata start verən türk kəşfiyyatı “Seyid”i hərəkət etdiyi avtomobilində məhv edib.

Bu arada həmin avtomobilə aid fotolar da paylaşılıb.

Sincarda xalq üzərində hakimiyyət qurmaq istəyən qruplarla əməkdaşlıq edən, yezidilər üzərində təzyiq qurulmasında vasitəçi olan Həsən Səid Həsənin türk kəşfiyyatı tərəfindən izlənmə altına salındığından bixəbər olması onun aradan götürülməsi baxımından əhəmiyyətli olub.


Türk kəşfiyyatının məxfi əməliyyatı: yeni detallar üzə çıxıb - Fotolar
Türk kəşfiyyatının əlində olan səlis əməliyyat məlumatına görə, Həsən PKK terror təşkilatına aid silah və hərbi ləvazimatların çatdırılmasını, Suriya və İraq arasında PKK terrorçularının görüşünü təşkil edirmiş. Bundan başqa, terrorçu, uşaq yaşlarından yezidilərin PKK-ya qatılması və ideoloji baxımdan təhsilalma fəaliyyətlərinin də təşkilatçısı olub.

Həsən Səid Həsənin PKK/KCK-nın sözdə təşkilat şurasının üzvü olması və İraq ərazilərində bölücülük fəaliyyəti səbəbindən axtarışda olduğu ortaya çıxıb.

Onu da qeyd edək ki, hazırda PKK bütün gücünü Sincara yönəldib. Burada terrorçuların təlim mərkəzləri və ərzaq anbarlarının olduğu deyilir. Ərazi İraq və Suriya sərhədlərinə yaxın olması səbəbindən PKK və onun Suriya qolu olan bir neçə terror təşkilatları ilə asanlıqla əlaqə qura bilir. Hazırda Türk kəşfiyyatı və ordusu Sincar ətrafında “hörümçək toru” qurmaqla məşğuldur.Reyting.az


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi