azia.az
azia.az

Yüksək vəzifəyə təyin edilən Anar Rzayev kimdir? - DOSYE

5-08-2021, 00:24

Yüksək vəzifəyə təyin edilən Anar Rzayev kimdir? - DOSYE

Xəbər verdiyimiz kimi, Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yanında Dövlət Avtomobil Nəqliyyatı Xidmətinə yeni rəis müavini Anar Rzayev təyin edilib.

Bəs yeni rəis müavini Anar Rzayev kimdir? Azia.az Anar Rzayevin dosyesini təqdim edir.
Anar Rzayev 1973-cü ildə Bakı şəhərində anadan olub. Xəzər Universitetinin Hüquq və sosial elmlər fakültəsini bitirib.1994-1995-ci ildə «ACTP» tələbə mübadiləsi müsabiqəsində Bakıda, sonra isə Moskva şəhərində qalib gələrək ABŞ-ın Nyu-York ştatının Sirakuz Universitetinin Yutika Kollecində təhsil alıb.

2004-cü ildə Azərbaycan Dövlət İqtisad Universietinin magistratura şöbəsini fərqlənmə diplomu ilə bitirərək «Beynəlxalq İqtsiadi münasibətlər» ixtisası üzrə magistr dərəcəsi alıb. 2005-ci ildə Azərbaycan Dövlət İqtisad Universitetinin “Beynəlxalq İqtisadi Münasibətlər” kafedrasına dissertant kimi təhkim edilib. İqtisad üzrə fəlsəfə doktorudur. Bir monoqrafiya və iki dərslikdə həmmüəllifdir. Üç dərslik tərcümə edib.

1996-cı ildə Şotlandiyanın «OBC Transport» şirkətinin nümayəndəliyində əməliyyatlar üzrə menecer vəzifəsində çalışıb. 1997-ci ildən 1998-ci ilin avqust ayınadək «DİALOG Freigşt İNTL» ABŞ-Rusiya birgə müəssisəsinin Baş Meneceri vəzifəsində işləyib. 1996-cı ilin avqustundan 2013-cü ilin avqust ayına kimi Niderlandın «Van der Вal Intl. Transport Bakı» Şirkətinin Baş Direktoru vəzifəsində çalışıb.
2008-ci ildə Beynəlxalq avtomobil nəqliyyat ittifaqı (İRU) tərəfindən “Top Road Transport Manager” adı ilə təltif olunub. 2001-2013-cü illərdə Moskviç Texxidmət ASC-nin idarə heyətinin sədri vəzifəzində çalışıb.

2014-cü il fevral ayından İqtisad Universitetinin «Beynəlxalq İqtisadiyyat (ingilis dilli)» kafedrasının müdiri vəzifəsini icra edib. 2014-cü il oktyabr ayından İqtisad Universitetinin Beynəlxalq İqtisadiyyat Mərkəzinin (əvvəl İngilis dilində tədris mərkəzi adlanıb) direktoru vəzifəsinə təyin olunub. UNEC-in “Beynəxalq iqtisadiyyat” (ingilis dilində) kafedrasının dosentidir.

2018-ci ilin may ayından UNEC-in Beynəlxalq əlaqələr və proqramlar üzrə prorektoru vəzifəsində çalışıb.

2018-ci il dekabrın 21-də UNEC-in Tədris və təlim texnologiyaları üzrə prorektoru vəifəsinə təyin olunub.

2015-ci ilin oktyabrında “Azərbaycan Respublikası Təhsil Nazirliyinin Fəxri Fərmanı”na layiq görülüb.

2020-ci ildə isə Azərbaycan Respublikası Prezidentinin müvafiq Sərəncamı ilə “Tərəqqi” medalı ilə təltif edilib.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi