azia.az
azia.az

Rusiyalı deputatdan KRİTİK AÇIQLAMA: “Status-kvo bərpa edilməlidir”

25-05-2021, 21:20

Rusiya Dumasının ermənipərəst deputatı Konstantin Zatulin yenidən sərsəm açıqlamaları ilə gündəmə gəlib.
Rusiyalı deputatdan KRİTİK AÇIQLAMA: “Status-kvo bərpa edilməlidir”
KONKRET.az “Sputnik”ə istinadən xəbər verir ki, Zatulin bu dəfə “Status-kvo bərpa edilməlidir” açıqlaması ilə fikirləri qarışdırıb. O rəsmi Bakını guya Ermənistandakı vəziyyətdən istifadə etməkdə günahlandırıb: “Ermənistanla Azərbaycan arasında təmas xəttindəki Status-kvo bərpa edilməlidir. Azərbaycan silahlı qüvvələri Ermənistanın içərilərinə sərhədçilərin olmaması səbəbindən girdilər” – Zatulin vurğulayıb.

Rusiyalı deputat deyib ki, Qarabağdakı məğlubiyyətdən sonra Ermənistanın müdafiə qabiliyyətini, hərbçilərin döyüş ruhunu bərpa etmək üçün böyük səylər tələb olunur: “Baş verənlər Ermənistandakı daxili parçalanmanın nəticəsidir. Azərbaycanın bu məqamdan istifadə etməsinə haqq qazandırmaq olmaz. Azərbaycan daha çox üstünlük əldə etməyə çalışır, lakin diaqnoz qoyulmalıdır və Status-kvo bərpa edilməlidir” –deyə Zatulin səsrəm fikirlərini davam etdirib.

Müşviq Tofiqoğlu


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi