azia.az
azia.az

SON DƏQİQƏ: İsrail ordusuna İrana qarşı əməliyyat ƏMRİ VERİLDİ - HƏRƏKƏTƏ KEÇDİLƏR

28-01-2021, 01:34

SON DƏQİQƏ: İsrail ordusuna İrana qarşı əməliyyat ƏMRİ VERİLDİ - HƏRƏKƏTƏ KEÇDİLƏR

İsrail ordusuna İranın nüvə proqramına qarşı planlar hazırlama təlimatı verilib.

Azia.az xəbər verir ki, bu barədə İsrail Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Aviv Koçavi danışıb.

Milli Təhlükəsizlik Araşdırmaları İnstitutunun video-konfransında çıxış edən Koçavi nitqinin böyük hissəsini İranla bağlı məsələlərə ayırıb. O, ABŞ-ın rəsmi Tehran ilə imzalanan nüvə razılaşmasına geri qayıtmasının doğru olmayacağını deyib.

İran hökumətinin nüvə fəaliyyətinə də toxunan Baş Qərargah rəisi qeyd edib ki, İran gizli və ya təhrikedici şəkildə nüvə bombası hazırlamağa qərar verə bilər: “Bu əsas analiz işığında İsrail ordusuna mövcud olanlara əlavə olaraq əməliyyat planları hazırlaması əmri verdim. Bu planları incələyirik və gələn il ərzində inkişaf etdirəcəyik”.

O, hazırlanacaq planların həyata keçirilib-keçirilməyəcəyi ilə bağlı qərarın hökumət tərəfindən veriləcəyini deyib.

Qeyd edək ki, 5+1 ölkələri ilə İran arasında 2015-ci ildə nüvə razılaşması imzalanmış, sabiq ABŞ prezidenti Donald Tramp 2018-ci ildə bu razılaşmadan geri çəkilmişdi.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
«    Fevral 2021    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
MƏZƏNNƏ
 Valyuta məzənnəsi