azia.az
azia.az

Çinli kişi yoldan keçənləri “pul yağışı”na tutdu - VİDEO

31-10-2020, 12:50


Çinli kişi yoldan keçənləri “pul yağışı”na tutdu - VİDEO
Çində polis 30-cu mərtəbədəki mənzilinin pəncərəsindən yoldan keçənləri “pul yağışı”na tutan şəxsi saxlayıb.

“Pravda”nın məlumatına görə, hadisə Çunçin şəhərində qeydə alınıb.

Sürücülər havada uçuşan pulu tutmaq üçün avtomobillərini yavaşıdıb, ya da ümumiyyətlə dayandırıblar. İnsanlar avtomobillərdən düşüb pul toplamağa başlayıblar. Nəticədə yolun bəzi hissələrində nəqliyyatın hərəkəti tamamilə iflic olub.Hadisə yerinə polis cəlb olunub. Yerli hüquq-mühafizə orqanlarının əməkdaşları pulu eyvanından səpələyən şəxsi saxlayıblar. Onun narkotik maddənin təsiri altında olduğu müəyyənləşib.

Saxlanılan şəxs müayinə edilib və müalicəyə göndərilib.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi