azia.az
azia.az

Braziliyada könüllünün ölməsinə baxmayaraq, peyvənd sınaqları davam edəcək

23-10-2020, 11:33


Braziliyada könüllünün ölməsinə baxmayaraq, peyvənd sınaqları davam edəcək
Oksford Universitetinin “AstraZeneca” (Britaniya-İsveç əczaçılıq şirkəti) ilə birlikdə hazırladığı COVID-19 peyvəndinin Braziliyada sınaqları könüllülərdən birinin ölümünə baxmayaraq, davam edəcək.
Braziliyada könüllünün ölməsinə baxmayaraq, peyvənd sınaqları davam edəcək
Bu barədə TASS xəbər verir.

“Klinik sınaqlarla bağlı Braziliyada heç bir narahatlıq yaranmayıb”, - deyə Universitetin məlumatında bildirilib.

Orada əlavə olunub ki, müstəqil araşdırmadan sonra sınaqların davam etdirilməsi barədə qərara gəlinib.

“Reuters”in məlumatına görə, 28 yaşlı könüllü COVID-19-un fəsadları nəticəsində ölüb. Bu məlumat Braziliyada peyvənd sınaqlarının üçüncü mərhələsinin koordinasiyasına kömək edən San-Paulo Federal Universiteti tərəfindən təsdiqlənib.

Ümumilikdə, Braziliyada səkkiz min nəfər bu dərman üçün beynəlxalq tədqiqat proqramında iştirak edir.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
«    Dekabr 2020    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi