azia.az
azia.az

Qırğızıstan prezidenti hökuməti və Baş naziri istefaya göndərməyə hazır olduğunu bildirib

9-10-2020, 10:13


Azia.az: Qırğızıstan Prezidenti Sooronbay Jeenbekov Baş nazir sə daxil olmaqla, hökuməti tam tərkibdə istefaya göndərməyə hazır olduğunu bəyan edib.

APA RİA Novosti-yə istinadən xəbər verir ki, Qırğızıstan prezidenti bildirib ki, bu, yeni şəxslərin təyin edilməsi üçün qanuni əsaslar verəcək.

“Yeni Baş nazirin qanuni təyin edilməsi üçün Qırğızıstan Prezidentinin Fərmanı və hökumətin qərarı lazımdır”, Jeenbekov əlavə edib.

O, həmçinin parlamentin müvafiq qərarlarını gözlədiyini vurğulayıb.

Qeyd edək ki, oktyabrın 4-də Qırğızıstanda Parlament seçkiləri keçirilib. Seçkidə seçicilərin 56,5%-i iştirak edib.

Qanunverici orqana 16 partiyadan 4-ü - "Birimdik" ("Yedinstvo" - iqtidar partiyası), "Mekenim Qırğızıstan" ("Doğma Qırğızıstan" - hökumət Partiyası), "Qırğızıstan" (mərkəzçi partiya) və "Butun Qırğızıstan" ("Vahid Qırğızıstan") daxil olub.

Seçkilərin nəticələrindən sonra etirazlar başlayıb.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi