azia.az
azia.az

Böyük Britaniya Rusiyanın “S-400” ZRK-larını bloklamağın yolunu tapıb- İDDİA

5-10-2020, 17:38

Böyük Britaniya Rusiyanın “S-400” ZRK-larını bloklamağın yolunu tapıb- İDDİA

Böyük Britaniyanın Krallıq Hərbi-hava qüvvələri (RAF) Rusiyanın “S-400” “Triumf” Zenit-raket sistemlərini onların yerləşdiyi rayonda zərərsizləşdirməyi öyrənib.

Musavat.com xarici agentliklərə isitnadən xəbər verir ki, bu barədə “The National İnterest” jurnalı məlumat yayıb.

“Nİ”nin informasiyasına əsasən, Britanya RAF və Krallıq donanması Rusiya sərhədlərinin yaxınlığında operativ patrul fəalyyətini genişləndirərək “S-400” gətirildiyi rayonları diqqətlə incələyiblər.

Bununla, britaniyalılar Rusiya ZRK-larının zəif nöqtələrini müəyyənləşdirən təyyarələrə kömək məqsədilə müdafiə tezliklərini araşdırıblar.

Bu isə “F-22 Raptor” və ya “F-35 Lightning II Joint Strike Fighter” kimi görünməz qırıcıların “S-400”lərin radarına düşmədən, Rusiya hüdudlarına asanlıqla yaxınlaşma qabilyyətinə yiyələndiyini göstərir.

Bundan başqa Birləşmiş Krallığın hərbi ekspertləri İADS (Hava hücumundan müdafiə sistemi-red) sistemindəki boşluqları da araşdırıblar. İndi Rusiya həmin boşluqlarla bağlı zəif yerləri yenidən qapamaq məcburiyyətində qalacaq.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi