azia.az
azia.az

Navalnının adamları onun harada zəhərləndiyini üzə çıxardılar - Video

18-09-2020, 11:41


Rusiya müxalifətinin lideri Aleksey Navalnının adamları onun harada zəhərləndiyini üzə çıxarıb. Teleqraf.com xəbər verir ki, siyasətçinin indiyədək təxmin edildiyi kimi, “Noviçok” döyüş təyinatlı zəhərinin təsirinə Tomsk aerportunda deyil, həmin şəhərdə qaldığı oteldə məruz qaldığı müəyyən edilib.
Navalnının adamları onun harada zəhərləndiyini üzə çıxardılar - Video
Azia.az yazır ki, bu haqda Navalnının komandası sentyabrın 17-də məlumat yayıb və antikorrupsiya fəalının aeroportda deyil, oteldə zəhərlənməsini sübut edən dəlilləri necə əldə etdiklərini açıqlayıb. Məlum olub ki, Kremlin tənqidçisi Aleksey Navalnını zəhərləmək üçün istifadə olunan “Noviçok” onun Sibirin Tomsk şəhərində qaldığı otel otağında boş su butulkasında aşkarlanıb.

Navalnı ötən ay Tomskdan Moskvaya uçarkən təyyarədə özünü qəfil pis his edib, təyyarə Omskda təcili eniş edib. Siyasətçi orada xəstəxanaya yerləşdirilib və bir neçə gündən sonra Berlinə aparılıb. Almaniya onun “Noviçok” sinir qazıyla zəhərləndiyini bildirib. Rusiya isə müxalifətçinin zəhərlənməsinə dəlil tapmadığını deyir.
Navalnının adamları onun harada zəhərləndiyini üzə çıxardılar - Video
Navalnının “Instagram” hesabında yerləşdirilmiş videoda onun komanda üzvləri avqustun 20-də Tomskdakı Xander otelində qaldığı nömrədə axtarış aparırlar. Axtarış müxalifətçinin şübhəli vəziyyətdə özünü pis hiss etməsi xəbəri yayılandan bir saat sonra aparılıb. “Qərara alındı ki, hətta nəzəri baxımdan faydalı ola biləcək hər şey toplansın və Almaniyada həkimlərə verilsin. Məsələnin Rusiyada araşdırılmayacağı aydın idi”, – postda vurğulanır.



Videoda komanda üzvlərinin boş mineral su butulkalarını, digər əşyaları qoruyucu əlcəklə topladığı görünür.“İki həftə sonra Almaniyadakı laboratoriya Tomskdakı otel otağında su butulkasından Noviçok izləri tapıb”, – postda deyilir.

Bundan sonra Alekseydən götürülmüş başqa analizlər də onun zəhərləndiyini göstərdi. “İndi biz anlayırıq: o otel otağını tərk edib aeroporta getməmişdən bu həyata keçirilib”, – məlumatda bildirilir.

“Proyekt” nəşri yazır ki, Navalnının qaldığı nömrənin lobbisindəki kameralar nə baş verdiyini anlamağa kömək edərdi. Amma güc strukturları müşahidə kameralarını və ona çıxaşa imkan verən texnikanı serverdən ayırıblar. Otel əməkdaşı hazırda oteldə videomüşahidə aparılmadığını bildirib.

Navalnının adamları bildiriblər ki, onlar otel otağından götürdükləri su butulkalarını Omska dolayı yollarla aparıblar, oradan isə Navalnının əşyaları ilə birlikdə Almaniyaya yola salmağa nail olublar. Komanda üzvlərinə otel otağından dəlilləri götürməyə mane olmağa çalışıblar, ancaq onlar bəzi predmetləri hər halda götürə biliblər. Ehtimal edilir ki, zəhəri Navalnıya su butulkasında deyil, başqa əşyada veriblər. Siyasətçi daha sonra su butulkasına toxunanda zəhərin izləri orada qalıb.

Britaniya sentyabrın 16-da bəyan edib ki, Navalnıya hücumu Rusiya kəşfiyyat xidmətlərinin həyata keçirməsi dəqiqdir və kimyəvi silahdan istifadə qəbuledilməz olduğundan Rusiya buna görə cavab verməlidir./Virtualaz.org/


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi