azia.az
azia.az

Türkiyə koronavirusa qarşı dərman hazırladı

12-06-2020, 15:28

Türkiyə koronavirusa qarşı dərman hazırladı

“Koronavirusa qarşı yerli və milli olaraq öz sintezimizlə inkişaf etdirdiyimiz çox vacib bir dərman istehsal etdik”.

Azia.az “Anadolu” agentliyinə istinadən xəbər verir ki, bu barədə Türkiyənin Texnologiya və Sənaye naziri Mustafa Varank açıqlama verib. O bildirib ki, dərmanın yaxın vaxtda təsdiqlənməsi planlaşdırılır.

“Təsdiqlənmə mərhələsinə gəlməsi çox xoş və qürurvericidir. Bu mərhələdən sonra müalicədə istifadəsi və ixracatı planlaşdırılır”,- deyə Varank qeyd edib.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi