azia.az
azia.az

Maska taxmayan müstəntiq gülüş hədəfinə çevrildi – FOTO

10-06-2020, 15:21


Rusiya Federasiyası İstintaq Komitəsinin əməkdaşı gülünc hərəkətinə görə sosial şəbəkə istifadəçilərinin dilinə düşüb. Belə ki, tibb işçiləri ilə görüşdə maska taxmayan müstəntiqin üzünə fotoşopla düzəliş edilib.
Maska taxmayan müstəntiq gülüş hədəfinə çevrildi – FOTO
Bu barədə “Belqorod №1” “Telegram” kanalı xəbər yayıb.
Məlumata görə, Alekseyevsk rayonlararası istintaq şöbəsinin müstəntiqləri koronaviruslu xəstələrə baxdıqları üçün nəzərdə tutulan ödənişləri almadıqlarından şikayət edən təcili tibbi yardım işçiləri ilə görüşüblər. Tədbirdən sonra görüş iştirakçıları şəkil çəkdiriblər. Ancaq onların heç birinin üzündə maska olmayıb.
Bu səbəbdən fotonu İstintaq Komitəsinin rəsmi saytında yerləşdirməzdən əvvəl müstəntiqin üzünə “Photoshop”da maska ​​çəkilib. Bu isə sosial şəbəkə istifadəçilər arasında gülüşlə qarşılanıb.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi