azia.az
azia.az

Poroşenko və Baydenin səs yazısı ictimailəşdirildi - VİDEO

20-05-2020, 00:51


ABŞ-ın keçmiş vitse-prezidenti Co Baydenin Ukraynanın sabiq Prezidenti Petro Poroşenkoya o zaman baş prokuror vəzifəsini icra edən Viktor Şokinin istefası üçün bir milyard dollar təklif etdiyi iddia olunan səs yazısı ictimailəşdirilib.
Poroşenko və Baydenin səs yazısı ictimailəşdirildi - VİDEO
"Qafqazinfo" xəbər verir ki, sözügedən səs yazısını Ali Radanın millət vəkili Andrey Derkaç bu gün keçirilən mətbuat konfransında ictimailəşdirib:

"Bu gün biz Petro Poroşenko və Cozef Baydenin səslərinə bənzəyən səslərin qeydə alındığı, ən yüksək dövlət səviyyəsində beynəlxalq korrupsiya və xəyanət faktlarına dəlil olan telefon danışıqlarını ictimailəşdirəcəyik".

Sözügedən səs yazısında o vaxt ABŞ dövlət katibi olmuş Con Kerrinin Poroşenkodan Şokin problemini həll etməsi üçün xahiş etdiyi eşidilir. Bildirilib ki, həmin dövrdə Baş prokuror Viktor Şokin Baydenin oğlu Hanterin işlədiyi "Burisma" neft və qaz şirkətinin qanunsuz fəaliyyətini araşdırıb.

İkinci səs yazısında isə Baydenin Poroşenko ilə danışdığı iddia olunur.

"Yeni bir hökumətiniz və yeni bir baş prokurorunuz olacağı təqdirdə, mən bir milyard dollarlıq bir öhdəliyi ictimai şəkildə imzalamağa hazır olacağam",- deyə, Bayden olduğu iddia olunan şəxs danışır.

Buna cavab olaraq isə Poroşenkonun bu vəzifəyə Yuri Lutsenkonun gətirilməsini təklif etdiyi deyilir.

18 fevral 2016-cı il tarixli söhbətin fraqmentlərindən birində isə, Poroşenkonun səsinə oxşar səsə malik bir şəxs Baydenə Şokin ilə görüşdüyünü və heç bir korrupsiya ittihamı və qanunsuz əməllərin sübutunun olmamasına baxmayaraq, istefasını istədiyi eşidilir. Səs yazısında Poroşenko bunu "Yaxşı xəbər" adlandırır. Onun sözlərinə görə, Şokin istefaya razı olub və Ali Radada dəstəklənməsinə baxmayaraq, istefa məktubu yazıb.

Derkaç, Şokinin vəzifədən istefasından sonra Baydenin Kiyevə bir milyard dollar ödəməsi üçün yeni şərtlər irəli sürdüyünü bildirib. Onun sözlərinə görə bu pulun Poroşenkoya məxsus müdafiə müəssisələrinə getməsi lazım idi. Şərtlərdən biri isə əhali üçün mənzil və kommunal xidmət tariflərinin qaldırılması olub.

Deputat cinayət işinin açılması üçün bütün çoxsaatlı səs yazılarını öz ifadəsi ilə birlikdə Baş Prokurorluğa təhvil verdiyini bildirib.

Qeyd edək ki, daha əvvəl Viktor Şokin 2019-cu ilin sentyabrında ona qarşı cəhd olunan sui-qəsdin təşkilində Baydenin iştirakından şübhələndiyini bildirmişdi.

Həmçinin onun sözlərinə görə, ABŞ-ın təzyiqi nəticəsində neft-qaz şirkəti “Burisma Holdings”in qanunsuz fəaliyyəti ilə bağlı araşdırmanı dayandırmalı olub.

Qeyd edək ki, Poroşenkoya qarşı Ukraynada 16 cinayət işi açılıb.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
«    May 2020    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031
MƏZƏNNƏ
 Valyuta məzənnəsi