azia.az
azia.az

İngiltərənin baş həkimi koronavirusun ölüm faktorlarını açıqladı

19-04-2020, 12:41

"Qocalıq, müşayiət olunan xəstəliklər və kişi cinsinə aidiyyət amilləri koronavirusa yoluxma və daha sonra bu infeksiyadan ölmə ehtimalını artırır".

“Report” xəbər verir ki, bunu İngiltərənin baş həkimi Kris Uittli deyib.
İngiltərənin baş həkimi koronavirusun ölüm faktorlarını açıqladı
K.Uittlinin sözlərinə görə, koronavirusa əsasən yaşlı insanlar yoluxur. Bu səbəbdən onları zəruri təcridetmə ilə təmin etmək lazımdır.

O, qeyd edib ki, risk zonasına həmçinin “müşayiətçi” xəstəliyi, misal üçün, ürək-damar sistemində problemi olanlar şamil edilir.

“Səbəbi heç də aydın olmasa da, kişi cinsinə mənsubolma da risk faktorudur”, - Uittli əlavə edib.

Xatırladaq ki, koronavirus infeksiyası ötən ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb. Hazırda virus 210 ölkə və bölgədə qeydə alınıb.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi