azia.az
azia.az

Rusiyada içkili şəxs yaşlı qadını yolun ortasında zorladı

4-03-2020, 11:57

Rusiyada içkili şəxs yaşlı qadını yolun ortasında zorladı

Azia.Az-a verilən məlumata görə Rusiyanın Saratov şəhərində polis yaşlı qadını zorlamaqda şübhəli bilinən şəxsi saxlayıb.

“Ren TV” xəbər verir ki, hadisə şəhərin Bolşaya Qornaya və Universitetskaya küçələrinin kəsişməsində baş verib.

İçkili vəziyyətdə olan 38 yaşlı kişi küçə ilə gedən yaşlı qadını saxlayaraq ona hədə-qorxu gəlməyə başlayıb.

Qadını öldürməklə təhdid edən cinayətkar onu yolun ortasında zorlayıb.

Saxlanılan şəxs törətdiyi əməli etiraf edib.

Cinayətkar bu əməlinə görə altı ilədək azadlıqdan məhrum edilə bilər.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi