azia.az
azia.az

Ərdoğan koronavirusdan necə qorunmasından danışdı

5-02-2020, 03:46

Ərdoğan koronavirusdan necə qorunmasından danışdı
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Ukraynadan qayıdarkən təyyarədə jurnalistlərin suallarını cavablandırıb. Virtualaz.org yerli KİV-lərə istinadən bildirir ki, Ərdoğan jurnalistlərdən birinin “Koronavirusa qarşı xüsusi tədbir görürsünüzmü” sualına belə cavab verib. "Mənim bir tövsiyəm var. Bunu həkimlər də deyir. Özünüzü soyuğa verməyin. Hərarətə diqqət edin. Bunlar, əlbəttə, ilk göstəricilərdir. Hər şeydən əvvəl özünüzə inanın. Qidalarınıza fikir verin. Xüsusi tədbir deyəndə, inanın, belə bir tədbirim yoxdur. Bədəni güclü saxlamalıyıq. Bəzi dostlarımız sağ olsun, ara-sıra tut bəhməzi göndərirlər. Mən də hər səhər bir qaşıq tut bəhməzi içirəm. Çünki qan yaradır", - ölkə başçısı qeyd edib.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi