azia.az
azia.az

Amerika koalisiyası qoşunları İraqdan çıxaracaq

7-01-2020, 11:45


ABŞ-ın başçılıq edilən beynəlxalq koalisiya İraq hakimiyyətinin tələblərini yerinə yetirərək qoşunlarını bu ölkənin ərazisindən çıxaracağını bildirib.

Virtualaz.org bildirir ki, bu barədə koalisiyanın qərargahından İraq hərbçilərinə verilmiş məktuba istinadən “Reuters” məlumat yayıb.
Amerika koalisiyası qoşunları İraqdan çıxaracaq
Məktubda qoşunların İraqın suverenliyinə hörmət əlaməti olaraq, eləcə də ölkə hakimiyyətinin tələbi ilə çıxarılacağı bildirilib: "Sizin bizdən qoşunları çıxarmağı tələb edən suveren qərarınıza hörmət edirik".

O da qeyd olunub ki, koalisiyanın hərbi qüvvələri "ən yaxın günlərdə və həftələr ərzində" çıxarılacaq.

Qeyd edək ki, yanvarın 5-də İraq parlamenti ölkə ərazisindəki xarici hərbi qüvvələrin fəaliyyətinin dayandırılması barədə qərar qəbul edib. Belə bir qərar İran Silahlı Qüvvələrinin elit bölməsi olan İslam İnqilabı Keşikçiləri Korpusunun (“Sepah”) “Qüds” qanadının komandiri, general Qasım Süleymaninin ABŞ-ın raket zərbəsi nəticəsində yanvarın 3-də İraqın paytaxtı Bağdadda öldürülməsi fonunda verilib. Ölkənin qanunverici orqanı eyni zamanda İŞİD-lə mübarizə üzrə beynəlxalq koalisiya ilə imzalanmış sazişin qüvvədə olma müddətinin dayandırılmasına səs verib. Yeri gəlmişkən, hazırda orada ABŞ, İngiltərə, Fransa, Almaniya və digər Avropa ölkələrinin hərbçiləri var. ABŞ bu qərardan məyus olduğunu bildirib.

Onu da xatırladaq ki, Prezidenti Donald Tramp bundan əvvəl İraq rəhbərliyinin ABŞ-ın bu ölkədə yerləşdirilmiş qoşunlarını oradan çıxarmaq cəhdi barədə danışarkən jurnalistlərə demişdi: “Biz İraqda çox pul xərcləmişik. Orada bizim çox bahalı aviabazamız var. Onun tikintisi bir neçə milyard dollara başa gəlib... Əgər onlar bunun əvəzini ödəməsələr biz oradan getməyəcəyik. Biz onlara qarşı indiyə qədər görmədikləri sanksiyalar tətbiq edəcəyik”.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi